Bilyard Federasiyasında yeni prezident
12.01.2024 - 12:54
Bilyard Federasiyasında yeni prezident

Azərbaycan Bilyard Federasiyasının (ABF) yeni prezidenti bəlli oldu.

Federasiyadan apasport.az-a verilən məlumata görə, bu posta Seymur Məmmədov təyin olunub.

Qurumun yeni rəhbəri bu gün vəzifəsinin icrasına başlayıb. O, göstərilən etimada görə təşəkkür edib: “Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmindəyəm. Bilyard təkcə idman deyil, həm də həyat tərzidir. Bu idmanı hər bir azərbaycanlı üçün əlçatan etməyə çalışıram. İstedadların inkişafı üçün şərait yaradacaq, onları dəstəkləyəcək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik”.

 

writer photo
Əlirza Əlirzalı
0