Son 4 ilin nəticələrinə əsasən dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, 2023-cü ilin son siyahısında Azərbaycan çempionatını təmsil edən iki mütəxəssis yer alıb. “Top-500”dəki yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1594 xalla dünyanın 198-cisidir.
“Neftçi”nin baş məşqçi postuna yeni təyin olunan Miodraq Bojoviç daha yüksək pillədə qərarlaşıb. Monteneqrolu mütəxəssis 1630 xalla 163-cü sıradadır.
Qeyd edək ki, cədvələ “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir. İspaniyalı mütəxəssis 2193 xala malikdir.