Braziliyalı müdafiəçi “Qəbələ”də
02.07.2023 - 21:52
Braziliyalı müdafiəçi “Qəbələ”də

Azərbaycan kubokunu qalibi “Qəbələ” düşərgəsində baxışda olan braziliyalı futbolçu ilə bağlı qərar verilib.

Apasport.aza klubdan verilən məlumata görə, Lukas Afrikonu ilə ilə 1+1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçu mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Lukas Braziliyada “Flamenqo”, “Santos”, “Londrina, Portuqaliyada isə “Maritimo” və “Eştoril” çıxış edib. 

Qeyd edək ki, Konfrans Liqasında çıxış edəcək “Qəbələ” Ahmed Ayzaya və Zurab Oçiqavanı transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0