Bu gün Bakıda keçirilən Dünya Kubokuna yekun vurulacaq
11.05.2024 - 14:53
Bu gün Bakıda keçirilən Dünya Kubokuna yekun vurulacaq

Bu gün Bakıda atıcılıq üzrə Dünya Kubokuna yekun vurulacaq.

Apasport.az xəbər verir ki, turnirin son günündə kişilər arasında 25 metr məsafəyə sürətli atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Koreyalı Yonq Ho Sonq bürünc medalla kifayətlənib.

Qızıl medal uğrunda mübarizədə Çin atleti Yuehonq Li ilə Fransanı təmsil edən Klemen Besua münasibətlərinə aydınlıq gətirib. Həlledici mərhələdə 5 atışın hamısını dəqiq yerinə yetirən çinli idmançı qalib adını qazanıb. Ötən il Bakıda keçirilən dünya çempionatında “gümüş” alan Besua yenə eyni uğuru təkrarlayıb.

writer photo
Əlirza Əlirzalı
0