Canni de Byazi: “Maksimuma çatdığımı düşünürəm”
22.11.2023 - 15:58
Canni de Byazi: “Maksimuma çatdığımı düşünürəm”

“Azərbaycan millisində getməli olduğum yolu qət etdim”. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi deyib.

Bu gün postundan ayrılan 67 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlama verib: “Nəticə baxımından maksimuma çatdığımı düşünürəm. Hər şeyin başlanğıcı kimi sonu da var. Üç ildən çox sürən səfər başa çatdı. Azərbaycan millisi FİFA reytinqində 120-ci olan komandadır. Biz İsveç kimi reytinqli rəqibi 3:0 hesabı ilə məğlub etdik. Belçikaya 0:5 hesabı ilə uduzanda da komandanın meydanda duruş gətirə bildiyini göstərdik. Eyni sözləri Avstriya ilə qarşılaşmaya da aid edərdim”.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsi bugünkü iclasında de Byazi ilə müqavilənin uzadılmamasına qərar verib.

writer photo
Əlirza Əlirzalı
0