Azərbaycan millisinin Avstriya ilə bugünkü matç üçün “23-lüy”ü bəlli olub.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Canni de Byazi AVRO-2024-ün seçmə oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib. O, sərəncamındakı 25 oyunçudan ikisini görüşün sifariş vərəqinə daxil etməyib.
İtaliyalı mütəxəssis üç gün əvvəl Estoniya ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn komandanın “23-lük”də iki dəyişiklik edib. O, Nəriman Axundzadə və Rüstəm Əhmədzadəni heyətə daxil edib, Yusif Nəbiyevlə Bəxtiyar Həsənalızadə isə “23-lük”dən kənar qalıb.
Millimizin “23-lüy”ü:
1. Səlahət Ağayev
2. Cəlal Hüseynov
3. Elvin Cəfərquliyev
4. Rahil Məmmədov
5. Anton Krivotsyuk
6. Höccət Haqverdi
7. Coşqun Diniyev
8. Emin Mahmudov
9. Renat Dadaşov
10. Mahir Emreli
11. Ramil Şeydayev
12. Şahrudin Məhəmmədəliyev
13. Emil Səfərov
14. Nəriman Axundzadə
15. Rüstəm Əhmədzadə
16. Elvin Camalov
17. Toral Bayramov
18. Ozan Can Kökçü
19. Filip Ozobiç
20. Aleksey İsayev
21. Qismət Alıyev
22. Musa Qurbanlı
23. Rəşad Əzizli
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.