Cavid Hüseynova AĞIR CƏZA
25.11.2022 - 15:34
Cavid Hüseynova AĞIR CƏZA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/8 final oyunlarında baş verənlər müzakirə olunub.

MOİK – “Səbail” matçında təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə meydan sahibləri 1600 manat cərimələnib. Qarşılaşma xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK-ə xəbərdarlıq edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.  “Şamaxı”nın oyunçusu, Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyunluq diskvalifikasiya olunub və klubunu 200 manat ziyana salıb. 

Matç başa çatdıqdan sonra meydan sahiblərinin məşqçisi Cavid Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. O, kubok oyunlarından 6 matçlıq kənarlaşdırılıb, Şamaxının eyniadlı təmsilçisi 4800 manat cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0