"CBC Sport" 8 yaşında!
01.11.2023 - 18:43
"CBC Sport" 8 yaşında!

Bu gün "CBC Sport" telekanalı üçün əlamətdar gündür.

Apasport.az xəbər verir ki, noyabr ayının 1-i kanalın əsas yayıma keçməsindən 8 il ötür.

"Caspian İnternational Broadcasting Company Sport" ("CBC Sport") Azərbaycanın ən gənc televiziya kanalıdır. Kanal 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımına başlayıb. 1 noyabr 2015-ci il tarixindən isə əsas yayıma keçib.

"CBC Sport" həmçinin ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziya kanalıdır.

Azərbaycan Premyer Liqasının 2015/16-cı il mövsümündən eksklüziv yayım hüququna malik olan "CBC Sport" həmçinin Çempionlar Liqasını, Avropa Liqasını, Avropa Çempionatının seçmə mərhələsini, İtaliya “A” seriyasını tamaşaçılara canlı təqdim edir.

Biz də apasport.az olaraq "CBC Sport" kanalında çalışan həmkarlarımızı ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

8 yaşınız mübarək!

writer photo
Əlirza Əlirzalı
0