“Ağır oyun oldu. Xüsusən də, birinci hissədə çətinliklər yaşadıq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.
Matçın ardından “CBC Sport” telekanalına açıqlama verən gənc müdafiəçi ikinci hissədə toparlaraq qələbə qollarını vurduqlarını söyləyib: “Belarusla səfərdəki matçın da birinci hissəsi bu cür alınmışdı. Bu dəfə fasilədə paltardəyişmə otağında toplaşdıq və ikinci hissədə ələ düşən şanslardan yararlanıb qələbə qazandıq”.
Hüseynov gənc yaşda milliyə düşməklə bağlı təəssüratlarını da bölüşüb: “Hər bir azərbaycanlı kimi, ən böyük hədəflərimdən biri millidə oynamaq idi. Bunu erkən yaşda reallaşdırdım. Bunun üçün baş məşqçimizə təşəkkürümü bildirirəm”.