Cəlalın komandasından ardıcıl ikinci qələbə
11.08.2023 - 22:38
Cəlalın komandasından ardıcıl ikinci qələbə

Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytı xəbər verir ki, onun çıxış etdiyi “Arda” turu qələbə ilə başa vurub.

Karcali klubu öz meydanında “Lokomotiv”lə üz-üzə gəlib. Sofiyalılarla oyunun taleyini bir qol həll edib. 20 yaşlı müdafiəçimiz meydana sonradan daxil olub və qələbə topunun müəllifi Kotevi əvəzləyib. Hüseynov 9 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Cəlalın meydanda olduğu ikinci oyunda da “Arda” qələbə qazanıb. Komanda 4 görüşdən sonra 7 xal toplayıb.
 

writer photo
Əlirza Əlirzalı
0