“Çelsi”dən cəlbedici təklif
29.10.2022 - 17:09
“Çelsi”dən cəlbedici təklif

“Çelsi” hücum xəttinə yeni futbolçu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Lautaro Martinesə elçi düşüb.

Londonlular “İnter”in forvardı üçün cəlbedici təklif hazırlayıb. “Çelsi” rəhbərliyi bu alqı-satqı çərçivəsində Romelu Lukakunu da verməyə hazırdır.

Qeyd edək ki, 2018-ci ildən “İnter”dən çıxış edən argentinalı A seriyasında mövsümün 11 oyununda 6 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0