“Çelsi”nin Lukakudan qurtulmaq planı
09.06.2022 - 22:27
“Çelsi”nin Lukakudan qurtulmaq planı

“Çelsi” hücumçu Romelu Lukakudan qurtulmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Belçika millisinin hücumçusunun xidmətindən məmnun deyil.

Bu üzdən yeni rəhbərlik ötən mövsüm ümidləri doğrultmayan forvardın icarə əsasında başqa kluba keçməsində maraqlıdır. Londonlular 25 milyon avro qarşılığında onu icarəyə verməyə razıdır. Futbolçu özü də keçidin baş tutması üçün maaşının 40 faizinin azaldılmasına hazırdır.

Qeyd edək ki, “Çelsi” Romelu Lukakunu ötən il “İnter”dən transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0