Çempionlar Liqası İTV-də
14.02.2023 - 11:45
Çempionlar Liqası İTV-də

UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları İctimai Televiziyada yayımlanacaq. 

Apasport.az saytının məlumatına görə, bununla bağlı "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə razılaşma əldə edilib. 

Bu mərhələlərdə paralel keçirilən və CBC Sportda yayımlanmayan görüşlər İctimai Televiziyanın efirində canlı yayımda təqdim olunacaq. 

Futbol həvəskarları bu gecə saat 00:00-da keçiriləcək "Milan" – "Tottenhem" qarşılaşmasını İTV-də izləyə biləcəklər.

writer photo
Əlirza Əlirzalı
0