Çətin qələbə pley-offa şans verdi
22.08.2023 - 21:38
Çətin qələbə pley-offa şans verdi

Qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsi davam edir.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan millisi dördüncü oyunda qələbə qazanıb.

Voleybolçularımız yunanıstanlı rəqibləri ilə mübarizə aparıblar. Milli iki dəfə hesabda geri düşsə də, 3:2 hesabı ilə çətin qələbə qazanıb. Bu qələbədən sonra komanda xallarının sayını 5-ə yüksəldərək, üçüncü pillədə yer alıb.  Qrup mərhələsinin son oyununda İsveç yığması ilə qarşılaşacaq voleybolçularımız pley-offa şansını saxlayıblar.

Qeyd edək ki, Azərbaycan – İsveç matçı sabah keçiriləcək. Görüş saat 22:00-da start götürəcək.
  
C qrupu
4-cü tur

Azərbaycan – Yunanıstan – 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) 
 

writer photo
Əlirza Əlirzalı
0