Çimərlik voleybolçularımız Avropa çempionatında
09.07.2024 - 20:41
Çimərlik voleybolçularımız Avropa çempionatında

Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, Çimərlik voleybolu üzrə qız və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.

Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər. 10-14 iyul tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0