Coşqun Diniyev klubundan ayrıldı
26.06.2024 - 19:25
Azərbaycan millisinin üzvü Coşqun Diniyev "Ümraniyespor"dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında məlumat yayıb. O, 1-ci liqa təmsilçisi ilə vidalaşıb.
Qeyd edək ki, Coşqun ötən mövsümün əvvəlindən "Ümraniyespor"da oynayırdı.
0
0