Cüdo yığmamız 8-ci olub
31.03.2024 - 22:48
Antalyada təşkil olunan cüdo üzrə Böyük Dəbilqə başa çatıb.
Apasport xəbər verir ki, Azərbaycan yığması turniri 2 medalla başa vurub.
Komandanın heyətində Rəşid Məmmədəliyev (73 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal qazanıblar. Yığmamız bu nəticə ilə ümumi hesabda 8-ci yeri tutub.
Yaponiya cüdoçuları (5-1-2) Böyük Dəbilqədə ən yüksək nəticəyə imza atıblar. Fransa (3-1-2) ikinci, Kanada (1-2-0) üçüncü pillədə qərarlaşıb.
0
0