Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandılar
09.04.2023 - 00:31
Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandılar

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.

Apasport.az-ın məlumatına görə, turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. 52 kq çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.

Oğlanlar arasında 55 kq çəkidə final görüşündə 2 cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

writer photo
Əlirza Əlirzalı
0