AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib.
Apasport.az xəbər verir ki, o, vəziyyətin təhlükəli, lakin qəsdlə baş vermədiyini bildirib:
"Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir.
Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.
Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.
O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir.
Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas, qayda pozuntusu deyil".
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın qələbəsi ilə bitib - 2:1.