De Byazi: "Uduzanda bizi pisləyirdiniz"
16.11.2023 - 23:51
De Byazi: "Uduzanda bizi pisləyirdiniz"

"Bu gün meydanda ürəyimizi qoyduq".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Ardınca isə jurnalistlərin suallarını cavablandırıb:

"Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika ilə matçda yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər. Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. İkinci yarıda özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizimizi meydanda qoyuruq.

- Bəziləri deyir ki, bu Azərbyacan milli tarixinin ən yaxşısdır. Razısız?

"Bunu bilmirəm, siz məndən yaxşı bilərsiz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.

Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, sonda 0:1 uduzmuşdunuz. Bu gün isə qələbə qazandınız. Nə etdiniz ki, qələbə qazandıq?

Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu göz qabağındadır. Avropanın ən ağır qrupundayıq. Üçüncü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçika ilə matçda da yaxşı oynamışdıq. Mən Azərbaycan azarkeşi olsaydım, bu duruma çox sevinərdim.

Bir müddət əvvəl demişdiz ki, meşə salırsınız və bunun ilk mərhələsindəsiniz. Bu qələbə ilə ilk toxumları səpmiş oldunuz?
- Bu suala Belçika ilə oyundan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsınız. Bu doğru deyil. Deyirsiz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiniz. Birlikdə çox az müddətdə işləyirik. Futbolçulara təşəkkür edirəm.

- Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardız?
- Oyuna üç gün qalıb. Oyundan sonra baxıb görərik. 

- Üçüncü qoldan sonra qolu Arif Əsədova təpik vuraraq qeyd etdiniz. Bu sizə olan tənqidlərə cavab idi, yoxsa necə?
- Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə çox sevincli alındı.

writer photo
Əlirza Əlirzalı
0