Okan Buruk: "8-9 qol vura bilərdik"
24.10.2024 - 11:57
Okan Buruk: "8-9 qol vura bilərdik"

"Qalatasaray" Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində doğma meydanda İsveçin "Elfsborq" klubunu 4:3 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk matçı dəyərləndirib.

51 yaşlı mütəxəssis oyundan və nəticədən razı qaldığını bildirib:

"Oyun istədiyimiz kimi oldu. İlk dəfə 3-4-1-2 sistemi ilə oynadıq. Cəmi iki məşqlə bunu etdik. Birinci hissədə hər şeyi doğru edirdik. 4 qol vurduq, amma 8-9 qol vura bilərdik. İkinci hissədən bir anda hesab 3:1 oldu. Daha sonra şanssız penaltidən rəqib fərqi 1-ə endirdi. İstər-istəməz komandada qorxu yarandı. Nə qədər qol buraxsaq da, top həmişə bizdə idi. Rəqib yaratdığı təhlükəli hücumlardan 3 qol vurdu. Bəzən etibarlı oynamaq lazımdır. Matçın xeyli hissəsində doğru işlər gördük. Oyundan və qollardan məmnunam. Mən stəkanın qolu tərəfinə baxacağam".

writer photo
Əlirza Əlirzalı
0