Anna Baştadan qızıl medal
02.10.2023 - 14:41
Anna Baştadan qızıl medal

Azərbaycan qılıncoynadanı Anna Başta növbəti uğuruna imza atıb.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Flemish Open Championships" beynəlxalq turnirində fərqlənib.

27 yaşlı sablyaçımız Belçikanın Gent şəhərində keçirilən yarışda bütün rəqiblərinə qalib gəlib. Bununla da Anna 25-ci dəfə təşkil olunan ənənəvi turnirin qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, Anna 2022-ci ilin Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır.

writer photo
Əlirza Əlirzalı
0