“Neftçi” və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilova bəzi komandalardan maraq var.
Apasport.az saytına verilən məlumata görə, İspaniya Sequnda komandaları İsrafilova təklif göndərib.
Amma 31 yaşlı futbolçu böyük ehtimalla “Neftçi”də qalacaq. Belə ki, “ağ-qaralar” ona yeni müqavilə təklif edib.
Klub Eddidən razıdır, İsrafilov da indiki vəziyyətdə komandada qalmağa isti baxır. Buna görə də, tərəflərin razılaşacağı gözlənilir.
İsrafilov 2022-ci il yanvarın 5-də “Neftçi” ilə müqavilə imzalayıb və mövsümün sonunda müqaviləsi başa çatacaq.
Millimizin üzvü buna qədər İspaniyanın “Mursiya”, “Qranada”, “Kordoba”, “Kadis”, “Ximnastik”, “Alkorkon”, “Albasete”, Eybar” klublarında oynayıb.
İspanlar Eddini unutmur
17.01.2024 - 13:02
0
0