Almaniyanı yox, Türkiyə millisini seçdi
04.03.2024 - 14:46
Almaniyanı yox, Türkiyə millisini seçdi

“Nürnberq”də çıxış edən  türkiyəli futbolçu Can Uzun Türkiyə millisinin şərəfini qoruyacaq.

Apasport.az xəbər verir ki, pleymerker bu barədə sosial media hesabında paylaşım edib. 

Almaniya və Türkiyə millisi arasında seçim edən  18 yaşlı futbolçu seçimindən məmnun olduğunu bildirib: "Ürəyimi dinlədim. Belə bir qərar klub dəyişmək kimi karyera qərarı deyil, ürəyin verdiyi bir qərardır. Milli komanda üçün hiss etməlisən və burada ürəyim və instinktlərim Türkiyənin ən doğru seçim olduğunu söylədi".

Qeyd edək ki, Can Uzun Bundesliqa - 2 komandasının heyətində 23 matça çıxıb, 15 qol və 3 asistlə fərqlənib. 

writer photo
Əlirza Əlirzalı
0