“Difai Ağsu” Şamaxıya köçdü
21.11.2023 - 14:09
“Difai Ağsu” Şamaxıya köçdü

Azərbaycan çempionatında iştirak edən daha bir komandanın ev oyunlarını keçirdiyi stadion dəyişdirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu mövsümdən etibarən Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Müraciətdə Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komandanın ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsi xahiş edilib. 

Müraciətə cavab olaraq, Peşəkar Futbol Liqası təmir işləri yekunlaşanadək “Difai Ağsu” klubunun Şamaxı şəhər stadionunda çıxış etməsinə qərar verib.
 

writer photo
Əlirza Əlirzalı
0