Ötən mövsümü “Zirə”də keçirmiş Donald Gerye karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ” və “Neftçi”də də oynamış haitili futbolçu Premyer Liqada mübarizə aparan klublardan biri ilə danışıqlara başlayıb.
Hazırda yığmasının düşərgəsində olan Geryenin son qərarı maliyyə şərtləri aydınlaşdıqdan sonra verəcək. 34 yaşlı futbolçu özü də karyerasını ölkəmizdə davam etmək istəyində olduğunu və normal maliyyə şərtləri qarşılığında Premyer Liqada oynayacağını bildirib.
Qeyd edək ki, onun adı bir müddət əvvəl “Sumqayıt” və “Səbail” klubları ilə hallanırdı.
- "Arsenal"ın qapıçısı: "Orada ölümcül səssizlik hökm sürürdü"
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- İspaniya kubokunda 46 min əmsallıq UDUŞ
- Azərbaycan kikboksçuları 2022-ci ildə Vətənə 101 medal gətirib
- "Araz Naxçıvan" - "Sumqayıt" oyunu bərabərliklə bitdi-yenilənib