Dünya çempionatında Cavad Ağayev üçün püşk
28.05.2023 - 19:10
Dünya çempionatında Cavad Ağayev üçün püşk

Mayın 29-da Bakıda taekvondo üzrə start götürəcək dünya çempionatının ilk gününün püşkü atılıb.

Apasport.az saytı xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin 1 idmançısının da rəqibi bəlli olub. 

68 kq çəkidə dayan üzərinə çıxacaq Cavad Ağayev mübarizəyə 1/32 finaldan qoşulacaq. O, bu mərhələdə Eldar Kurmanaliyev (Qırğızıstan) - Solomon Tefera (Efiopiya) cütünün qalibi ilə döyüşəcək. Sabah həmçinin 57 kq çəki dərəcəsində qadın taekvondoçular da güclərini yoxlayacaqlar. 

Bakı Kristal Zalında keçiriləcək döyüşlərə saat 09:00-da start veriləcək. Yarışda yarımfinal görüşləri isə saat 18:30-da başlayacaq. 

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Mundialın rəsmi açılış mərasimi saat 16:30-da start götürəcək. Yarış iyunun 4-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0