Dünya çempionatında gümüş medal
09.10.2023 - 16:01
Dünya çempionatında gümüş medal

Azərbaycan avarçəkmə yığması daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, bu, İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında qeydə alınıb.

Azərbaycan yığmasının üzvü Diana Dımçenko 6000 metr məsafəni uğurla qət edib. O, finişə 32 dəqiqə 20,94 saniyəyə çatıb. Avarçəkənimiz dünya çempionatında gümüş medal qazanıb. 
 

writer photo
Əlirza Əlirzalı
0