Dünya Kuboku yenidən Bakıya verildi
14.12.2022 - 12:37
Dünya Kuboku yenidən Bakıya verildi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib. 

Apasport.az saytının məlumatına görə, FİDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.

Mötəbər yarış paytaxt Bakıda keçiriləcək. Dünya Kuboku 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək. 

Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edib.
 

writer photo
Əlirza Əlirzalı
0