"Əl-Hilal" fransalı ilə maraqlanır
12.01.2024 - 15:24
"Əl-Hilal" fransalı ilə maraqlanır

Daha bir futbolçu kariyerasını ərəb yarımadasında davam etdirə bilər.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Hilal" "Aston Villa"nın futbolçusu ilə maraqlanır.

Ərəb təmsilçisi müdafiəçi Luka Din ilə maraqlanır. Səudiyyə Ərəbistanı klubu futbolçunu yaxın günlərdə icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, futbolçunun "Şirlər"lə müqaviləsi 2026-cı ilə qədərdir. Fransalının transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0