Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.9, 32);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir (maddə 43.4, 32);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilir (maddə 73.3);
24 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Qarabağ-2” komandası 100 manat cərimə edilir (maddə 91);
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
25 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilir (maddə 37);
26 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının IV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8).
25 avqust 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Turan Tovuz FK-European Football Academy oyununda Turan Tovuz FK komandasının heyətində N7 futbolçu Cavidan Eminov qarşılaşmanın 65-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
23 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK –Zirə PFK oyununda Turan Tovuz FK komandasının heyətində N13 futbolçu Emil Abbasov qarşılaşmanın 65-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
24 avqust 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo (Bakı) FK –Səbail PFK oyununda Dinamo (Bakı) FK komandasının heyətində N14 futbolçu Ömər Behbudov qarşılaşmanın 54-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
24 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Dinamo (Bakı) FK –Asta FK oyununda Asta FK komandasının heyətində N8 futbolçu Nurəddin Quliyev qarşılaşmanın 37-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
25 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Səbail PFK – European Football Academy oyununda Səbail PFK komandasının heyətində N15 futbolçu İlkin Mikayılov qarşılaşmanın 9-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)