Mişel Platini 3 əfsanənin adını açıqladı
14.03.2023 - 17:01
Mişel Platini 3 əfsanənin adını açıqladı

UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa futbolunun ən yaxşı triosunu açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, “Qızıl top”un üçqat qalibi özünü, Zinəddin Zidanı və PSJ-nin hücumçusu Kilian Mbappeni ölkəsinin əfsanəsi hesab edir. 

24 yaşlı forvardın çox sürətli və hər iki ayağı ilə oynamaq bacarığına malik olduğunu deyən 67 yaşlı Platini Mbappenin Fransa üçün dəyərli futbolçu olduğunu bildirib: “Kilianın göstərdiyi oyun və əldə etdiyi nəticələr inanılmazdır. O, hücumçu doğulub. Çox sürətlidir və hər iki ayağı ilə möhtəşəm oynayır”.

writer photo
Əlirza Əlirzalı
0