Elmar Baxşıyev: "Bizə qarşı hakim qərarlarının düzəlməsini istəyirik"
31.01.2024 - 18:35
Elmar Baxşıyev: "Bizə qarşı hakim qərarlarının düzəlməsini istəyirik"

Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunları davam edir. 

Apasport.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Bakıda "Araz-Naxçıvan"la heç-heçə etdikləri oyunu dəyərləndirib. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

"Ağır oldu. Kubok matçarı həmişə çətin keçir. Bu tsikldə oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bilir, hücumlara çıxmağa cəhd edirdi. Bugünkü oyundan razıyam. Biz də bilirik ki, sıxıntımız var. Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, Hər şey "Qəbələ"yə qarşı olur . Son oyunlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər... Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq, artıq mən danışmalıyam. Görürük ki, meydnada bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül,, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərar verdi. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Bizə qarşı hakim qərarlarının düzəlməsini istəyirik".

-  3 oyundur ki, oyunu azlıqda bitirirsiz. Üç qırmızı ilə bağlı etirazınız var? Hansısa haqsız verilmişdi?
- Verilən qərarlara etiraz etmirik. Doğru qərarlardır. Üçü də qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Amma rəqiblərə qarşı yüngüldürlər.

- Lukas Afriko komandanı çətin durumda qoydu?
- Epizoda baxmamışam. Görünən o idi ki, qırmızı almamaq olardı. Amma o epizod ani qərar tələb edir. Düşünürəm ki, o da istəməzdi ki, qırmızı alsın. Vəziyyət onu tələb etdi.

- Klesio Bauku nə vaxt görəcəyik?
-  Afrika Millətlər Kubokundan zədəli qayıdıb. Fərdi məşqlərə başlayıb. 

- Sizcə, sizə qarşı hakimlərin bu cür qəararlarının arxasında nə dayanır?

 - Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz "Zirə"yə qarşıdır. "Neftçi" ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm.

writer photo
Əlirza Əlirzalı
0