Elmar Baxşıyev: “Komanda istədiyimi meydanda verdi”
01.10.2023 - 19:28
Elmar Baxşıyev: “Komanda istədiyimi meydanda verdi”

“Qələbə təsadüfi də ola bilər, məni komandanın 3-4 oyundur istədiyimi verməyə çalışması sevindirir”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

43 yaşlı mütəxəssis səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra çətin oyun keçdiyini bildirib: “Turnir cədvəlində bir-birinə yaxın olan iki komanda görüşürdü. Bilirdik ki, ağır oyun olacaq. Gəncə səfəri hər komanda üçün çətin keçir. Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük. Komanda bunu etməyə çalışdı, istədiyimi meydanda verdi. Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Qarşıdakı matçları düşünürük. Bilirik ki, oyun keyfiyyətimizi artırmalıyıq. Həmin oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək. İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqları layiqincə yerinə yetirir. Ahmad Ayzaya potensialı olan, bizim üçün önəmli futbolçudur. Üzərində çalışır və bu mövsüm fərqli çıxış edə bilər”. 
 

writer photo
Əlirza Əlirzalı
0