"Maraqlı oyun alındı. Hər iki komanda meydançada mübarizə apardı. Komanda şəklində bu oyunda daha üstün idik. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, 2 xalımız getdi".
- "Neftçi"nin vurduğu qolu şərh edərdiz. Roman Qriqorçuk dedi ki, bu qolda problem yoxdur. Siz necə düşünürsünüz?
- Baş məşqçinin sözlərini şərh etmək istəmirəm. Bu, onun fikridir. Fikrimcə, stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar. Bir şeyə ki, riayət etmirlər... Biz uduzsaq da, qaydalara əməl etmişik. Rəqibə reaksiya verirsən, qırmızı vərəqə verirlər. Heç kimi təhqir etməmişəm. Bu gün belə oldu. Ümid edirəm ki, bir daha belə hadisələr başımıza gəlməz.
- "Qəbələ"də işləyəndə futbolçularınıza və sizə qırmızı vərəqələr verilirdi. İndi də davam edir. Hakimlərlə probleminiz var? Qəribə hadisələrin yanında siz varsız...
- Problemli adam deyiləm. Emosiyalarımı özümdə saxlamıram, göstərirəm. Onu da fərqli qarşılayırlar. Heç kimi təhqir etməmişəm.