Elşən Mirzəyev: “Dünya çempionatında iştirak üçün müraciətlər daxil olmaqdadır”
27.10.2023 - 13:25
Elşən Mirzəyev: “Dünya çempionatında iştirak üçün müraciətlər daxil olmaqdadır”

Bakıda keçiriləcək hərbçilərin dünya çempionatında iştirak edəcək idmançıların sayı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Mərkəzinin rəisi Elşən Mirzəyev məlumat verib. 

O, Azərbaycanda keçiriləcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına həsr olunan mətbuat konfransında bütün ölkələrə dəvət göndərildiyini bildirib: "Çempionatda ümumilikdə 259 idmançı və 87 rəsmi nümayəndə iştirak edəcək. Onlardan 103-ü sərbəst, 156-sı yunan-roma güləşində mübarizə aparacaq. Ancaq hələ iştirakçı sayı tam dəqiq deyil, çünki iştirak üçün müraciətlər daxil olmaqdadır. Bu say təxminən 400-ə yaxın olacaq".

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək hərbçilərin 36-cı dünya çempionatı noyabrın 27-dən dekabrın 3-dək davam edəcək. Yarış "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0