Emin Mahmudov – 200
03.09.2023 - 11:54
Emin Mahmudov – 200

Misli Premyer Liqanın V turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” matçı (0:1) kapitan Emin Mahmudov üçün ikiqat əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.

Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0