Emin Mahmudov: “Onlara oyunumuzla cavab verəcəyik” - MÜSAHİBƏ
02.08.2023 - 18:52
Emin Mahmudov: “Onlara oyunumuzla cavab verəcəyik” - MÜSAHİBƏ

“Baş məşqçinin dediyi kimi "Jelezniçar"ın necə oynadığını bilirik. Onları daha yaxından tanıdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransına qatılıb. “Ağ-qaralar”ın kapitanı sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Qələbə qazanmaq üçün öz oyunumuzu göstərməliyik. Kiminlə oynayacağımız fərq etməz. Əsas "Jelezniçar"ı keçməkdir. Oyundan-oyuna fikirləşmək istəyirik. Biz öz oyunumuzu göstərməliyik. Onlara oyunumuzla cavab verməliyik. Öndə olsaq, yerdə uzanıb vaxt keçirməyi düşünmürük. Belə şeyləri xoşlamıram. Həmişə demişəm ki, normal oyun getməsini istəyirəm. Tempin aşağı olmasını xoşlamıram”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da başlayacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0