Əmrah Çəlikəl: "Qarabağ" mətbuata daim həssas yanaşıb”
26.05.2023 - 17:57
Əmrah Çəlikəl: "Qarabağ" mətbuata daim həssas yanaşıb”

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının (MŞ) qonağı olub. 

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Çəlikəl MŞ sədri Rəşad Məcidə dəvətə görə təşəkkürünü bildirib: “Dəvətə görə təşəkkür edirik. "Qarabağ" mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.

Rəşad Məcid klub rəsmilərinə minnətdarlıq edib. O, “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.
 

writer photo
Əlirza Əlirzalı
0