Emreli oynadı, komandası autsayderə qol vura bilmədi
21.01.2023 - 22:29
Emreli oynadı, komandası autsayderə qol vura bilmədi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında xal itkisi ilə üzləşib.

Apasport.az xəbər verir ki, Xorvatiya çempionatının lideri XVIII turda turnir cədvəlinin autsayderi "Qoritsa"nı qəbul edib.

Görüşdə hesab açılmayıb. Mahir Emreli meydana 63-cü dəqiqədə daxil olub. O, müdafiəçi Petar Boçkayı əvəzləyib.

Qeyd edək ki, "Dinamo" 42 xalla çempionatın vahid lideridir.

writer photo
Əlirza Əlirzalı
0