“Müasir futbolda favorit yoxdur”.
Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya millisinin futbolçusu Ennis Bardi deyib.
O, Azərbaycan yığması ilə sabahkı matça həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Bəlkə də yalnız kağız üzərində favorit olur. Biz də sabahkı oyuna belə yanaşırıq. Azərbaycanla görüşü ilk dəqiqələrdən maksimal ritmdə keçirəcəyik. Biz ötən oyundakı səhvlərimizi analiz etmişik. Bu görüşlərin məqsədi də çatışmazlıqları görmək və aradan qaldırmaqdır. Azərbaycan həqiqətən də çətin rəqibdir. Bizim üçün supersınaq olacaq. Bu rəqib kompakt, vəhdət təşkil edən, meydanın hər xəttində güclü olan komandadır. Amma bacardığımız kimi oynasaq, qələbə qazanacağımıza inanıram. Bu da yığmadakı ab-havanı seçmə mərhələ öncəsi yüksəltmək üçün vacibdir”.
Qeyd edək ki, Skopyedə baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.