Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
16.06.2023 - 18:06
Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”

“Püşkatma olduqda Azərbaycan millisi dördüncü, Estoniya beşinci səbətdən çıxmışdı”. 

Apasport.az saytının məlumatına görə, bunu Estoniya millisinin baş məşqçisi Tomas Haberli deyib.

49 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. İsveçrəli çalışdırıcı Bakıdakı görüş haqda fikirlərini açıqlayıb: “Adi təzyiq var. Qrupumuzdakı digər komandalar güclüdür. Azərbaycan da evdə yaxşı oynayır. Sabahkı matçda xallarımızı qazanmağa çalışacağıq".

- Futbolçularınız sabahkı matç üçün sağlamdır?
- Gələn oyunçular hamısı sağlamdır. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik.

- Matçda əsas faktor nə olacaq?
- Oyunun sonuna kimi səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Biz öz oyunumuza köklənməli, öz oyunumuzu oynamalıyıq. Hər iki komanda qarşılaşmada xal qazanmaq istəyir. Ona görə də, maraqlı görüş olacaq.

- Azərbaycan Avstriyaya 1:4, Estoniya 1:2 uduzub. Bununla bağlı nə deyəcəksiz?
- Nəticədə hər iki komanda uduzub. Hesab fərqinin önəmi yoxdur. Həm biz, həm də Azərbaycan xalsız qalmışıq. İsveçlə görüşdə böyükhesablı fərq olsa da, Azərbaycan yaxşı oynamışdı.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0