Estoniya millisinin baş məşqçisi: "Azərbaycanla yenidən oynamaq istəmirdik"
09.02.2024 - 11:48
Estoniya millisinin baş məşqçisi: "Azərbaycanla yenidən oynamaq istəmirdik"

“İsveç və Azərbaycanı yaxşı tanıyırıq. Eyni zamanda, onlar da bizim oyuna yaxşı bələddirlər”.

Apasport.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli deyib.

“Rəqiblərimizi görəndə son anadək ümid edirdik ki, 1-ci qrupa düşməyəcəyik. İsveç və Azərbaycanla yenidən oynamaq istəmirdik, amma püşkdə onlarla düşdük. Digər qrup daha yaxşı ola bilərdi", - isveçrəli metəxəssis bildirib. 

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.

writer photo
Əlirza Əlirzalı
0