“Bilirik ki, Azərbaycan çempionatında braziliyalı legionerlərə üstünlük verilir”.
Apasport.az saytının məlumatına görə, bunu “Fehervar”ın idman direktoru İştvan Salloy Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmalarını dəyərləndirərkən deyib.
Macarıstan klubunun rəsmisi Azərbaycan təmsilçisinin heyətindəki braziliyalılardan çəkindiyini söyləyib: “Rəqibdə hər zaman təhlükəli olan dörd braziliyalı oyunçu gördüm. Xoşagəlməz rəqib gözləyirəm. Ancaq bundan asılı olmayaraq, irəliləmək istəyirik”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Macarıstanda, cavab görüşü isə bir həftə sonra Azərbaycanda keçiriləcək.