“Ferensvaroş”un futbolçusu: "Qarabağ" itkilərlə də çox yaxşı komandadır"
02.08.2022 - 19:23
“Ferensvaroş”un futbolçusu: "Qarabağ" itkilərlə də çox yaxşı komandadır"

“Hər şey qaydasındadır. Sabah hər iki komanda eyni şəraitdə olacaq".

Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın “Ferensvaroş” klubunun futbolçusu Tokmak Nquen Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyun barədə danışarkən deyib.

Norveçli forvard qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans zalında fikirlərini bildirib: “Qarabağ" güclü komandadır. Yaxşı müdafiə olunmağı bacarır. Ümumiyyətlə, bu mərhələdə pis komanda olmur".

Forvardın fikrincə, "Qarabağ"ın heyətindəki itkilər Azərbaycan çempionuna problem yaratmayacaq: "İtkilər barədə mənim məlumatım yoxdur. Amma "Qarabağ" itkilərlə və ya itkilərsiz çox yaxşı komandadır".

writer photo
Əlirza Əlirzalı
0