"Ferentsvaroş" yoxsa "Qarabağ"? - Romaonun seçimi
02.01.2024 - 13:10
"Ferentsvaroş" yoxsa "Qarabağ"? - Romaonun seçimi

“Qarabağ”ın aparıcı futbolçusu Julio Romao qərar verib.

Apasport.az saytına etibarlı mənbədən verilən məlumata görə, braziliyalı futbolçu qış “transfer pəncərəsi” zamanı komandanı tərk etmək istəməyib.


Əslində isə, Romaonu israrla transfer etmək istəyən “Ferentsvaroş” ona olduqca cəlbedici maaş təklifi edib.

Lakin yarımmüdafiəçi qış fasiləsində “köhlən atlar”dan ayrılmaq istəməyib. Futbolçunu heyətinə qatmaqda israrlı olan əsas komanda məhz Macarıstan klubudur. 


Onlar Romaonun verdiyi qərara baxmayaraq, yaya qədər “Qarabağ”da oynamasını gözləyib, mövsüm başa çatdıqdan sonra transferi reallaşdırmağı planlaşdırır.

Böyük ehtimalla, 25 yaşlı futbolçunun Ağdam klubundan ayrılığı da məhz yayda baş tutacaq. Romaonun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

O, 2022-ci il iyulun 17-də klubla müqavilə imzalamışdı.

Qeyd edək ki, braziliyalı daha əvvəl “Santa Kruz”, “Santa-Klara” komandalarının formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0