Fərid Qayıbov Qırğızıstan səfirini qəbul etdi
18.03.2024 - 19:51
Fərid Qayıbov Qırğızıstan səfirini qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmanəliyevi qəbul edib.

Apasport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

writer photo
Əlirza Əlirzalı
0