Fernandu Santuş: "Koreyalı futbolçu Ronaldunu təhqir edib"
02.12.2022 - 22:46
Fernandu Santuş: "Koreyalı futbolçu Ronaldunu təhqir edib"

"Kriştianu Ronaldu məyus olub".

Apasport.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) Ronaldunun əvəzlənməsinə şərh verərkən deyib. 

Hücumçu görüşün 65-ci dəqiqəsində meydanı tərk edib. Santuş bunun futbolçunun təhqir olunması ilə bağlı olduğunu deyib: "Koreyalı futbolçu onu təhqir etmişdi və tezliklə onu meydandan çıxartdım. Pepe hətta buna müdaxilə etməli oldu. Koreyalı oyunçunun ingiliscə dediklərini eşitdim. Şəkillərə baxsanız, görərsiniz ki, Pepe koreyalı ilə buna aydınlıq gətirməyə çalışırdı”.

Qeyd edək ki, H qrupunda Portuqaliya 6 xalla birinci, Cənubi Koreya 4 xalla ikinci olub. Hər iki komanda DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Onların 1/8 finaldakı rəqibləri bu gün keçiriləcək G qrupunun oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək.

writer photo
Əlirza Əlirzalı
0