Ferstappendən 18-ci qələbə
19.11.2023 - 18:57
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 22-ci mərhələsinin - Las-Veqas Qran-prisinin qalibi olub.
Apasport.az xəbər verir ki, ikinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub.
İlk "üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.
Beləliklə, üçqat dünya çempionu olan Ferstappen cari mövsümdə 18-ci, ümumilikdə isə 53-cü qələbəsini qazanıb.
0
0