“Formula-1”: Sıralama turu başladı
11.06.2022 - 18:15
“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.
Apasport.az saytının məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.
15 dəqiqəlik gecikmə ilə başlayan tur 1 saat davam edəcək. Bu gün baş tutan üçüncü sərbəst yürüşdə ən yaxşı göstərici “Red Bull” pilotu Serxio Peresə məxsusdur.
Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah saat 15:00-da başlayacaq.
0
0